Krımın işğalı Rusiyaya baha başa gəlir - Avropa İttifaqı sanksiyaların müddətini uzatdı

Krımın işğalı Rusiyaya baha başa gəlir - Avropa İttifaqı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Sammiti Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin altı ay uzadılmasına qərar verdi. Bu barədə Avropa Şurası Prezidentinin mətbuat katibi Barend Leyts öz Twitter səhifəsində məlumat verib.


"Avropa Şurası Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması qərarını təsdiqlədi", - deyə o, yazıb.


İndi qanuni qüvvəyə malik fərman Aİ Şurası tərəfindən qəbul edilməlidir. Məhdudlaşdırıcı tədbirlərin uzadılması qanunvericilik aktı Avropa İttifaqının "Rəsmi Jurnalı”nda dərc edildikdən sonra rəsmi olaraq qüvvəyə minəcək. Prosedurun gələn həftə baş tutması planlaşdırılır.


Bundan əvvəl Rusiyaya qarşı sanksiyaların Avropaya hər il 21 milyard avroya başa gəldiyi bildirilmişdi. Bu cür hesablamalar Düsseldorf Ticarət Palatasının araşdırmasında yer alır. Sanksiyalar səbəbindən təkcə Almaniyaya dəyən maddi ziyan ildə 5.45 milyard avro təşkil edir.


Xatırladaq ki, Almaniya da daxil olmaqla, Qərb ölkələri, Krımın ilhaqı və Donbassdakı vəziyyət səbəbilə 2014-cü ildə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Buna cavab olaraq, Rusiya ölkəyə meyvə, tərəvəz, süd və ət məhsullarının idxalını məhdudlaşdıran qida embarqosu elan etdi.

 

Mənbə: Lenta.ru

Tərcümə: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...