Kadırov ABŞ-ın ona və ətrafına qarşı tətbiq etdiyi sanksiyaları "debillik" adlandırdı

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov ABŞ-ın ona, onunla əlaqəli şirkətlərə və ətrafındakı insanla qarşı tətbiq etdiyi sanksiyaları "debillik" adlandırıb.
Sfera.az xəbər verir ki, o, bunu özünün Telegram kanalında Amerika Maliyyə Nazirliyinin qərarını şərh edərkən yazıb.
"Dostlar, Amerika idmanla, xanımlarla, uşaqlarla, xeyriyyə təşkilatları ilə, idmançılarla, atlarla mübarizə aparmağa başlayıb. Bunun yalnız bir adı var -"debillik", çünki bəşəriyyət tarixində bundan daha absurd bir şey olmayıb",- deyə o, yazıb.
Kadırov həmçinin Əl-Qaidə (Rusiya Federasiyasında qadağan edilmiş beynəlxalq terror qruplaşması) lideri Üsamə bin Ladeni də nümunə göstərib, onu "1 nömrəli beynəlxalq terrorçu” adlandırıb və xatırladıb ki, o ailə üzvləri ilə birgə ABŞ-da yaşayıb, onun qardaşları isə "dünyanın müxtəlif yerlərində öz biznes şirkətlərini idarə ediblər".
"Amma nədənsə onlardan heç biri ABŞ-ın sanksiyalarına məruz qalmadı və sakitcə öz işlərini davam etdirdilər",- deyə Kadırov vurğulayıb.
Mənbə: Lenta.ru
Tərcümə: Selcan
Sfera.az