Afaq Gəncəli də koronavirusa yoluxdu

Maqazin
11:30 / 11.12.2020
1627
Tanınmış
aparıcı Afaq Gəncəli koronavirusa
yoluxub.
Sfera.az verir ki, bu barədə aparıcı özü "Instagram" hesabında məlumat yayıb.
"Mən də virusa yoluxdum. Test verdim və nəticələrim pozitiv çıxdı. Çox ağır keçirdim. İstəməzdim ki, kimsə mənim kimi pis keçirsin. Bunun bu qədər ağır olduğunu ağlıma da gətirməzdim. Bu xəstəliyə barmaqarası baxmayın. Çalışaq ki, toplumdan uzaq olaq", - deyə Afaq Gəncəli qeyd edib.
Xatırladaq ki, müğənni Lalə Məmmədova, Manaf Ağayev, Elçin Hüseynov, Xalq artisti Arif Babayev, aparıcılar Nailə İslamzadə, Aydan Axundova, Vüsalə Səid və bir çox məşhurlar koronavirusa yoluxublar.
Jalə Mehdi
Sfera.az