Ərdoğan: “Səhhətimdə problem yarandığı zaman Co Bayden evimə qədər gəlib, məni ziyarət edib”

Ərdoğan: “Səhhətimdə problem yarandığı zaman Co Bayden evimə qədər gəlib, məni ziyarət edib”
"Avropa İttifaqı (Aİ) 1963-cü ildən bəri onsuz da Türkiyəyə davamlı sanksiyalar tətbiq edir. Hər hansı belə sanksiya ölkəmizə çox da təsir etməz”.

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Aİ ölkələri liderlərinin 10-11 dekabrda keçiriləcək sammitində Türkiyəyə qarşı sanksiya tətbiq edilə biləcəyi” ilə bağlı suala cavabında deyib.

"Avropa İttifaqı heç vaxt bizə qarşı dürüst davranmadı, verdiyi vədlərə əməl etmədi. Amma biz hər zaman səbr göstərdik və hələ də səbr edirik. Hazırda nə qərar verəcəklər, hansı addımları atacaqlar görəcəyik. Prosesi izləyirik, amma həqiqəti danmayan, səmimi, dürüst olan Aİ liderləri də var və onlar Türkiyəyə qarşı ədalətsiz davranışın tərəfində deyillər”, - deyə Türkiyə Prezidenti bildirib.

S-400 zenit-raket kompleksi ilə əlaqədar ABŞ-ın Türkiyəyə sanksiya tətbiqi məsələsinə də toxunan Ərdoğan ölkəsinin NATO-da önəmli bir yer tutduğunu vurğulayıb.

Türkiyə Prezidenti ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenlə münasibətlərindən də danışıb: "Obama hakimiyyəti dövründən Co Baydenlə yaxından tanışıq. Səhhətimdə problem yarandığı zaman evimə qədər gəlib, məni ziyarət edib. Ömər Çelik də o ziyarətin şahididir. Çox təəssüf ki, siyasət dünyada çirkin şəkildə inkişaf edir. Kimin ağlına gəlir, dərhal sanksiya məsələsini danışıqlara daxil edir. Türkiyə ilə ABŞ arasında necə bir proses var? Biz NATO-nun mütəffiq deyilik? Çox təəssüf ki, silah alışı ilə əlaqədar atdıqları addımları, ifadələri doğru hesab etmirik. Xüsusilə də Suriyanın şimalında və Fəratın şərqində davranışları düz deyil. Bu məsələlərlə bağlı açıqlamalar vermək hələ tezdir. Co Bayden vəzifəsinə sahiblənsin, sonra oturub bəzi məsələləri müzakirə edəcəyik. Siyasətdə münaqişə olmaz. Diplomatiyada bu məsələlər danışıqlar yolu ilə həllini tapır. Ölkəmiz barəsində bəzi qüvvələr neqativ təəssürat yarada bilərlər. Amma bizim ABŞ-la bu məsələləri çox fərqli şəkildə və müsbət məcrada irəli aparacağımıza inanıram”.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...