Çexiyanın sabiq prezidenti maskaya görə cərimələndi

Çexiyanın sabiq prezidenti maskaya görə cərimələndi
Çexiyanın keçmiş prezidenti Vaslav Klaus koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən maska taxmaq rejimini pozduğu üçün 3 min kron (115 ABŞ dolları) cərimələnib.

Sfera.az TAAS-a istinadən xəbər verir ki, məlumatı dekabrın 8-də Çexiya televiziyası yayıb.

Bildirilib ki, noyabrın 17-də paytaxt Praqada keçirilən "Məxməri inqilab”ın 31-ci ildönümünə həsr edilən xatirə mərasimində V.Klaus polisin maska taxmaqla bağlı tələbini yerinə yetirməkdən imtina edib. Faktla bağlı protokol tətbiq olunaraq koronavirusa qarşı mübarizə tədbirlərinə nəzarət edən Praqa Sanitar-epidemioloji stansiyasına göndərilib.

Sabiq prezident ilə yanaşı Çexiyanın keçmiş səhiyyə naziri Roman Prımula və baş nazir Andrey Babişin başçılıq etdiyi Narazı Vətəndaşlar Aksiyası siyasi hərəkatının sədr müavini Yaroslav Faltınek də 3 min kron məbləğində cərimələniblər.

Qeyd edək ki, Çexiyanın ikinci prezidenti Vaslav Klaus 1941-ci ilin iyunun 19-da Praqada anadan olub. O, 2003-2013-cü illərdə Çexiya prezidenti olub.

OXŞAR XƏBƏRLƏR

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...

“26 mindən çox tələbə qız kreditdən istifadə edib”

“Qadınlar cəmiyyətin inkişafında böyük rol oynayır”.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fo...

Mirziyayev Azərbaycana yola düşdü

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycana dövlət səfərinə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mə...