Tixanovskaya: Putindən istədiyimiz yeganə şey...

Dünya
08:55 / 08.12.2020
533
Belarus müxalifəti Moskva ilə dialoqa açıqdır və mümkün əməkdaşlığı müzakirə etməyə hazırdır.
Sfera.az xəbər verir ki, bu sözləri Belarus prezidentliyinə keçmiş namizəd, müxalifət lideri Svetlana Tixanovskaya deyib.
"Rusiya hər zaman yaxın qonşumuz olub və bizim əməkdaşlıqdan savayı seçimimiz yoxdur. Rusiyadan yeganə istədiyimiz şey Lukaşenkoya dəstəyi dayandırmasıdır. Biz öz suverenliyimizi və milli maraqlarımızı əsas tutaraq Rusiya ilə əməkdaşlığı müzakirə edə bilərik”, - deyə xanın siyasətçi bildirib. (Axar.az)