Beynəlxalq Olimpiya Komitəsindən Lukaşenkoya qadağa

Beynəlxalq Olimpiya Komitəsindən Lukaşenkoya qadağa
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Belarus prezidenti Aleksandr Lukaşenkonun Olimpiya Oyunları və qurumun bayrağı altındakı digər tədbirlərdə iştirakına müvəqqəti qadağa qoyub.

Sfera.az xəbər verir ki, bu barədə IOC prezidenti Tomas Bax mətbuat konfransında açıqlama verib. O, Belarus Milli Olimpiya Komitəsinin (MOK) hazırkı rəhbərliyinin addımlarının Olimpiya Xartiyasının başlıca prinsiplərinə zidd olduğunu və Olimpiya hərəkatının nüfuzuna ciddi təsir etdiyini vurğulayıb.

Qadağalar eyni zamanda Belarus MOK-un prezidenti postunu tutan Aleksandr Lukaşenkoya, onun bu qurumdakı vitse-prezidenti olan oğlu Viktor Lukaşenko və İcraiyyə Komitəsinin üzvü Dmitri Baskova şamil edilib.

IOC belə qənaətə gəlib ki, Belarus MOK-un rəhbərliyi ölkə idmançılarını siyasi ayrıseçkilikdən kifayət qədər qorumur.

Eyni zamanda, idmançıların Tokio-2020 Yay və Pekin-2022 Qış Olimpiya Oyunlarına hazırkığı üçün vəsait istisna olmaqla, Belarus MOK-un bütün maliyyələşməsi dondurulub. İdman təhsili proqramları Belarus MOK-u vasitəsilə yox, birbaşa IOC tərəfindən maliyyələşdiriləcək.

OXŞAR XƏBƏRLƏR

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...

Qaxda traktor gölə düşdü – Sürücü boğularaq öldü

Qaxda traktor gölə düşüb, sürücü boğularaq həyatını itirib.   Sfera.az xəbər verir ki, dünən saat 19:30 radələrində Qax rayonu, Amanlı kənd saki...

“26 mindən çox tələbə qız kreditdən istifadə edib”

“Qadınlar cəmiyyətin inkişafında böyük rol oynayır”.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fo...