Türkiyədə saxlanılan rus jurnalistləri 20 ilədək həbs cəzası gözləyir – Casusluq ittihamı

Türkiyədə saxlanılan NTV jurnalistləri casusluqda ittiham olunur, onları 20 ilədək həbs cəsazı gözləyir.
Sfera.az-ın məlumatına görə, İstanbulda saxlanılan jurnalistlər Aleksey Petruşko və İvan Malışkin hərbi obyektlərdə icazəsiz çəkiliş aparmaqda günahlandırılır. Buna görə rusiyalı jurnalistlər iki ildən beş ilə qədər həbs cəzası kəsilə bilər.
Amma Türkiyə məhkəməsi rusiyalıları casusluqda ittiham etsə, jurnalistlər 20 ilədək həbs cəzası ala bilərlər. Rusiya mediasının yazdığına görə saxlanılanlar artıq məhkəməyə çatdırılıb.
Petruşko ilə MalışkininNTV-nin "Mərkəzi Televiziya” proqramında çalışdıqları qeyd olunur. Sonuncu dəfə jurnalistlər dekabrın 3-də əlaqəyə çıxaraq naməlum çəxslər təreəfindən saxlanıldıqlarını və harasa aparıldıqlarını xəbər veriblər. Rusiya səfirliyi və Rusiya Baş Konsulluğu Türkiyə hakimiyyəti ilə danışıqlar aparır və rusiyalıların saxlanması ilə bağlı məlumatı dəqiqləşdirir.
Tərcümə: Selcan
Sfera.az