Nazir: Xəzər marşrutundan sıx istifadə olunacaq

Nazir: Xəzər marşrutundan sıx istifadə olunacaq

 

Rusiya ilə yaşanan təyyarə böhranından sonra, türk nəqliyyatçılarının Orta Asiya bazarlarına çıxışı üçün istifadə etməyə başladıqları Xəzərdən daşıma tarifləri 40%-a yaxın azaldılıb.

Oxu.Az Anadolu-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş bildirib. 

Onun sözlərinə görə, ixrac daşımalarında istifadə olunan marşrutların şaxələndirilməsi, daha aşağı xərc və daha qısa müddətdə malların təyinat nöqtələrinə çatmasına səbəb olur ki, bu da ixrac baxımından əhəmiyyətli bir rəqabət üstünlüyü yaradır. 

Bu vəziyyətin daşımaların davamlılığını təminat altına aldığını qeyd edən nazir bildirib ki, alternativ ixrac marşrutlarının yaradılması ölkə iqtisadiyyatına töfhələri çox olacaq və buna görə də 10-cu İnkişaf Planı çərçivəsində yeni strategiya hazırlanıb. 

Nazir xatırladıb ki, Xəzər marşrutundan istifadə üçün daşıma tarifləri 2 900 və 3 300 dollardan 1700 dollara enib. 

"Rusiya ilə yaşanan son proseslərdən sonra, həmişəkindən daha strateji bir mövqe tutan Xəzər dənizi Orta Asiya ölkələrinə həyata keçirilən daşımalarda sıx bir şəkildə istifadə ediləcək”, - deyə Elitaş əlavə edib. 

Qeyd edək ki, Türkiyədən Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstərişlərini rəhbər tutaraq, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Azərbaycandan Qazaxıstana dəniz yolu ilə daşıma tariflərinə 20%-ə qədər endirim tətbiq edib. 

Belə ki, yeni tarif sürücü ilə birlikdə 1 standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Aktau və ya Aktau-Bakı) daşınması üçün 1,200 ABŞ dolları məbləğində müəyyənləşdirilib. 

Geri dönüş üçün bilet öncədən alındığı halda, bu tarif hər iki istiqamətə bir qədər də aşağı, cəmi 2100 ABŞ dolları təşkil edib. 


OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...