Parisdə talanlar başlayıb - VİDEO

Parisdə talanlar başlayıb - VİDEO
Noyabrın 24-də Fransa parlamentində "Qlobal təhlükəsizlik haqqında" qanunun 24-cü maddəsinə edilən müvafiq dəyişiklikdən sonra ötən həftənin şənbə günündən etibarən Parisdə Jurnalist həmkarlar ittifaqları və müxalif qüvvələrin etiraz nümayişləri davam edir. 

Sfera.az xəbər verir ki, bu gün paytaxtın Qambet prospektində keçirilən etiraz aksiyasında polislə nümayişçilər arasında yenidən qarşıdurma baş verib. 

"Hər kəs polisə nifrət edir" şüarı ilə etirazçılar avtomobilləri yandırıb, ofis və ticarət mərkəzlərinin şüşələrini qırıb, polisin üzərinə qablara doldurulmuş boya atıblar. 

İğtişaşlar səngiyəndən bir müddət sonra – günorta saatlarından etibarən etirazlar daha aqressiv xarakter alıb. Nümayişçilər bu dəfə hüquq-mühafizə orqanları əməkdaşlarına daş və butulkalar atıblar. Sonra şəhərdə talanlar başlayıb. 

Polis nümayişilərə gözyaşardıcı qazlardan və su şirnaqlarından istifadə edib. 

Etiraz aksiyaları Fransanın digər şəhərlərində də davam edir.

Qeyd edək ki, bundan əvvəl Fransa Daxili İşlər Nazirliyi etiraz aksiyası zamanı təkcə Parisdə 22 nəfərin həbs olunduğunu bildirmişdi. 

Xatırladaq ki, etirazlara səbəb olan qanunun 24-cü maddəsinə görə, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidmət zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. Qanuna edilən dəyişiklik müxalifət tərəfindən söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib. 

Qanunu pozan şəxsi üçün 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulub.

Sənədin gələn ilin yanvar ayında Fransa parlamentinin yuxarı palatası olan Senata göndəriləcəyi bildirilib. (Apa)

OXŞAR XƏBƏRLƏR

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...

AZAL təyyarəsi ilə bağlı ekspertizanın nəticələri...

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertizanın nəticələri yaxın zamanda açıqlana bilər.   Sfera.az xəbər verir ki, bunu Ba...

İranla sərhədimizdə əməliyyat: 10,7 kq narkotik götürüldü

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə...