Müğənni Səbinə Babayeva koronavirusa yoluxdu

15:10 / 05.12.2020
8769
Əməkdar artist Səbinə Babayeva koronavirusa yoluxub.
Sfera.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb.
O, təcili tibbi yardımdan heç bir köməklik edilmədiyindən gileylənib:
"Həqiqəti dediyimə görə, kobud formada irad tutdular. Minlərlə insan bu dərdlə üz-üzə qalıb, hətta körpələrin yanına gəlmirsiz, deyirsiz, növbədir, üç gün gözləyin! Şükür Allaha, biz yüngül keçiririk və özümüzü başqa həkimlərin məsləhətləri ilə sağaldırıq"-deyə sənətçi bildirib.
Qeyd edək ki, Səbinə Babayeva 57-ci Avroviziya Mahnı müsabiqəsində ölkəmizi "When the Music Dies" mahnısı ilə təmsil edərək 4-cü yeri qazanıb.
Jalə Mehdi