Koronavirusa yoluxan Xalq artistindən xəbər var

Koronavirusa yoluxan Xalq artistindən xəbər var

Xəbər verdiyimiz kimi Azərbaycan Milli Konservatoriyasının "Muğam” kafedrasının müdiri, Xalq artisti Arif Babayev koronavirusa yoluxub.


Xanəndənin səhhəti bağlı Sfera.az-a tələbəsi, Xalq artisti Aygün Bayramova məlumat verib.


"Arif müəllimin hazırda vəziyyəti yaxşıdır. Çox az müddət xəstəxanada oldu. İndi müalicələrini evdə davam etdirir. Tez-tez əlaqə saxlayırıq, narahat olmayın, özünü yaxşı hiss edir”-deyə sənətçi bildirib.

 

Xatırladaq ki, 82 yaşlı sənətçi bu yaxınlarda insult keçirib.


Jalə Mehdi

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR