Maradonanın qəbri açılacaq – Şok iddia

Maradonanın qəbri açılacaq – Şok iddia
Əfsanəvi futbolçu Maradonanın qəbri açılacaq. Belə ki, onun oğlu olduğunu iddia edən Santiaqo Lara adlı şəxs Maradonanın məzarının açılmasını tələb edib.

Sfera.az xəbər verir ki, 19 yaşlı argentinalı gənc DNT analizi etdirmək üçün məzarın açılmasını istəyib. O, bununla bağlı məhkəməyə də müraciət edib.
 
Santiaqo televiziya kanallarından birində müsahibəsi zamanı anasını 13 yaşında olarkən itirdiyini söyləyib:

"Anam mən 13 yaşımda ikən dünyasını dəyişib. Ancaq bir neçə vəkilə atamın Maradona olduğunu söyləyib. Kim olduğumu bilmək istəyirəm. İşin maddi tərəfi mənim üçün önəmli deyil”.

Santiaqo 2014-cü ildən bəri Maradonanın övladı olduğunu sübut etmək üçün hüquqi mübarizə aparır. 

Qeyd edək ki, noyabrın 26-da vəfat edən Maradonanın rəsmi olaraq 5 övladı var. Futbolçu onlardan ikisinin övladı olduğunu çox sonradan etiraf etməli olub. 

Jalə Mehdi
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriliən iclasında müzakirə edilmi...

Xarici media subyektləri ilə bağlı tələblər təsdiq edildi

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyə...

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...