“Daha dəqiqləşmiş sənəd imzalanacaq” - Qarabağla bağlı qalmaqallı iddialara son qoyulur?

“Daha dəqiqləşmiş sənəd imzalanacaq” - Qarabağla bağlı qalmaqallı iddialara son qoyulur?
Xəbər verdiyimiz kimi Türkiyənin Rusiya Araşdırmaları İnstitutunun rəsmi "Twitter” səhifəsində Dağlıq Qarabağda ermənilərin yaşadığı bölgəni Rusiyanın idarə edəcəyi barədə məlumat paylaşılıb.
 
AMİP lideri Etibar Məmmədov məsələ ilə bağlı Sfera.az-a açıqlamasında bildirdi ki, səslənən bu fikirlərin hamısı ehtimaldır: 

"Ehtimal əsasında çox şey deyə bilərlər. Bu barədə hələlik ortada heç bir rəsmi sənəd yoxdur. Hələlik sadəcə atəşkəs haqqında sənəd imzalanıb. Bu bəyanaməyə görə, vuruşan tərəflərin təmas xəttinə sülhməramlı Rusiya qüvvələri yeridilir. Həmin bəyanaməyə əsasən Azərbaycanın işğal olunmuş əraziləri erməni silahlı qüvvələrindən təmizlənməlidir. Bu prosesə artıq başlanılıb. Öncə Ağdam, bu gün isə Kəlbəcər boşaldıldı. Dekabrın 1-nə kimi isə Laçın Azərbaycana təhvil veriləcək”.

Bundan sonra isə siyasətçinin fikrincə, Azərbaycan, Ermənistan və Rusiya arasında daha dəqiqləşmiş sənədin imzalanacağı güman edilir: 

"Bu sülh müqaviləsinə hazırlıq sənədi də ola bilər.  Burada isə atəşkəs bəyanaməsində nəzərdə tutulmayan məsələlər dəqiqləşdirilməlidir. Hazırda bölgədəki məsələlərin tənzimlənməsi barədə ortada konkret sənəd olmadığıdan bu barədə nəsə demək olmaz”.

Elçin
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...