"Neftçi" "Qəbələ"ni məğlub etdi

 Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Sfera.az-ın məlumatına görə, günün ilk matçında "Qəbələ" "Neftçi"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 38-ci dəqiqədə açılıb. Anton Krivotsyuk qonaqları önə keçirib. Cinah müdafiəçisi 51-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 57-ci dəqiqədə Namiq Ələsgərov fərqi daha da artırıb. 3 dəqiqə sonra "Qəbələ"nin heyətində Yusif Nəbiyev fərqlənib. 90+3-cü dəqiqədə Prins İbara növbəti dəfə meydan sahiblərini məyus edib.

Bu, "Neftçi"nin yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk oyunu olub. Flaqman qələbə sayəsində xallarının sayını 17-ə yüksəldib və ikinci sıraya qalxıb. "Qəbələ" isə 8 xalla 7-ci pillədədir.

Qeyd edək ki, günün digər matçında "Zirə" "Keşlə"ni qəbul edəcək. İlk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR

Tələbələrimiz Çinin aparıcı universitetlərində təqaüdlə təhsil ALACAQ

Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaq. Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlum...

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inf...

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...