"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

Sfera.az xəbər verir ki, günün yeganə oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunun heyətində əsas müdafiəçilərdən Maksim Medvedevlə Rahil Məmmədov koronavirusa yoluxduqlarından, Bədavi Hüseynov və Abbas Hüseynov isə zədəli olduqları üçün baş məşqçi Qurban Qurbanov müdafiənin mərkəzindı Kevin Medina və Qara Qarayevə şans vermişdi. Sağ cinahda isə Donald Gerye meydana çıxmışdı.

Matçda hesabı 28-ci dəqiqədə Gerye açıb. 6 dəqiqə sonra Abdullah Zubir 2-ci topu rəqibin qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə haitili futbolçu dublunu rəsmiləşdirib. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci yarıya da hücumlarla başlayan "Qarabağ" 54-cü dəqiqədə Toral Bayramovun qolu ilə fərqi daha da artırıb. 75-ci dəqiqədə Mahir Emreli komandasının 5-ci qolunu vurub. 87-ci dəqiqədə "Sumqayıt" fəırqi azaldıb. Qonaqlardan Tellur Mütəllimov fərqlənib. 90-cı dəqiqədə isə Zubir görüşdə son nöqtəni qoyub - 6:1.

Bu qələbədən sonra xallarını 18-ə çatdıran "köhlən atlar" vahid lider olub. "Sumqayıt" isə 15 xalla 2-ci pillədə qalıb.

Turun bu günə nəzərdə tutulan digər oyunu olan "Sabah" - "Səbail" matçı qonaqların heyətində koronavirus aşkarlandığı üçün təxirə salınıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "Neftçi" və "Zirə" - "Keşlə" oyunları ilə yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR

Milli Məclisin iclası başladı

Milli Məclisin növbədənkənar sessiyası üzrə  2025-ci il 4 iyul tarixli plenar iclası keçirilir.    Sfera.az xəbər verir ki, spiker Sah...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü - FOTO

İyulun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pak...

Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi

Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"na yeni baş məşqci təyin edilib.   Sfera.az xəbər verir ki, manset.az-ın məl...

Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, uşaq yaşlarını yada salan mü...

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...