İşğaldan azad olunmuş rayonlarda meydançalar salınacaq

İşğaldan azad olunmuş rayonlarda meydançalar salınacaq
AFFA Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında süni örtüklü meydançaların inşası ilə bağlı plan hazırlayır.

Sfera.az AFFA-nın "Facebook" səhifəsinə istinadən xəbər verir ki, həmin meydançalar yaşayış məntəqlərində məskunlaşma prosesinə uyğun tikilərək sakinlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, ilk belə meydança 2018-ci ildə Cəbrayılın Cocuq Mərcanlı kəndində AFFA və UEFA-nın Uşaq Fondu UEFA Foundation for Children tərəfindən inşa edilib.

OXŞAR XƏBƏRLƏR