UEFA Ermənistanı cərimələdi

UEFA Ermənistanı cərimələdi
UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.
 
Sfera.az xəbər verir ki, buna Ermənistan yığmasının qitə futbol qurumunun tətbiq etdiyi karantin qaydalarını pozması səbəb olub.
 
Oktyabrda Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniyanın qonağı olan ermənilər (1:1) qarşılaşmadan əvvəl Tallində erməni kilsəsinə baş çəkib, eyni zamanda yerli "Ararat” klubunun gənc oyunçuları və onların valideynləri ilə görüşüblər. Halbuki bir gün əvvəl Ermənistan yığmasının nümayəndələrindən birində koronavirusa yoluxma aşkarlanmışdı.
 
UEFA-nın koronavirus qaydalarına görə isə komanda üzvləri xüsusi hallar xaricində oteli tərk etməməlidir. Buna məhəl qoymayan Ermənistan Futbol Federasiyası 10 min avro məbləğində cərimələnib. Federasiya bu pulu 90 gün ərzində ödəməlidir.
 

OXŞAR XƏBƏRLƏR

Milli Məclis büdcənin icrasını təsdiqlədi

Milli Məclisdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi qəbul edilib. ...

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olundu

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub.   Sfera.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə...

Konstitusiya Məhkəməsinə yeni hakimlər TƏYİN OLUNDU – ADLAR

Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunub.   Sfera.az xəbər verir ki, layihə Milli Məclisin bu gün keçirilən iclasında səsə qoyularaq ...

Prezident İlham Əliyev Donald Trampı təbrik edib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir k...

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimovun qanunsuz hərəkətlərinə görə Rusiya vət...

Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti cən...