Böyrəkləri sağlam saxlayan MƏHSULLAR

Böyrəkləri sağlam saxlayan MƏHSULLAR

Böyrəklər orqanizmimizin çox güclü filtridir. Gün ərzində böyrəklər dəfələrlə orqanizmdə dövr edən bütün qanı süzərək onu toksinlər, şlaklar, mikroblar, infeksiyalardan təmizləyirlər. Hesablanıb ki, gün ərzində böyrəklərdən 200 l qan keçir.
Ziyanlı maddələr böyrəklərdən sidik kisəsinə düşür və burada yığılaraq xaric olunur.
Böyrək xəstəlikləri ən yayılmış xəstəliklər qrupudur. Bu səbəbdən böyrəkləri daim qorumaq lazımdır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həkimlərin fikirinə görə, böyrəklərin xəstəliklərinə əsas təkan verən amil - suyun az qəbul olunmasıdır. Söhbət məhz təmiz sudan gedir.
Orqanizm kifayət qədər maye almadıqda qan daha qatı olur və belə qatı qanı təmizləmək böyrəklər üçün daha çətindir. Əksinə isə kifayət qədər maye qəbul edən insanın böyrəkləri daha az yüklənir və sağlam qalır.
İnsan həddən artıq miqdarlarda zülallı, yağlı, qızardılmış, şirin, duzlu, hisə verilmiş qidaları, mayonez, ketçup, kolbasa, sosis, müxtəlif turşular qəbul etdikdə, bu böyrəklərin sağlamlığına çox mənfi təsir edir. Spirtli içkilərin qəbulu (hətta az miqdarlarda) böyrəklərə hüceyrə səviyyəsində dağıdıcı təsir edir, böyrək çatışmazlığına səbəb olur.
Bəzi məhsullar böyrəklərin fəaliyyətinə müsbət təsir edir, onları qoruyur. Bu məhsulları  rasiona daha tez-tez daxil etmək lazımdır.
- Balqabaq və balqabaq tumları A, E, maqnezium, kalsium, kalium kimi böyrəklər üçün faydalı maddələrlə zəngindir. Kalium orqanizmdən artıq mayeni xaric etməyə kömək edir, ödemlərlə mübarizə aparır. Balqabaq və balqabaq tumları yüngül sidikqovucu təsir edir, böyrəkləri təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.
Alimlərin fikirinə görə, balqabaq şirəsi və balqabaq tumlarını daim qəbul edən insanlar böyrəklərində daşların əmələ gəlməsinin qarşısını alır.
- Qarpız. Bu nəhəng giləmeyvə böyrəkləri çox yaxşı təmizləyir, böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Qarpız şirəsi orqanizmi maye ilə doydurur, qanı duruldur və bunun nəticəsində böyrəklərin işini xeyli yüngülləşdirir.
- Xiyarın 95%-ni su təşkil edir. Lakin bu adi su deyil. Bu su orqanizmdə yığılmış ziyanlı maddələri xaric etmək qabiliyyətinə malikdir.
- Qreypfrut və digər sistrus meyvələrində spesifik maddə aşkar olunub ki, bu maddə böyrəklərdə kistaların əmələ gəlməsinin qarşısını alır.
- Şüyüd böyrəklər üçün faydalı olan efir yağları ilə zəngindir. Təzə şüyüd və ya şüyüd şirəsi böyrəkləri qumdan və hətta xırda daşlardan təmizləyir.
- Kök, bibər, çaytikanı, mərəcüyüd və s. A vitamini ilə zəngin olan məhsullar böyrəklərin sağlamlığına çox müsbət təsir edir.
- İtburnu çox güclü sidikqovucu təsirinə malikdir. İtburnu böyrəkləri qumdan təmizləyir, xırda daşları əridir.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...