İlham Əliyevin sürdüyü zirehli avtomobil haqda bilinməyənlər - FOTOLAR
13:51 / 17.11.2020
6437
Prezident İlham Əliyevin Cəbrayılda sürdüyü zirehli avtomobil artıq hamının marağına səbəb olub.
Sfera.az bildirir ki, ekspert Osman Gündüz bəhs edilən AZCAN SENTRY APC avtomobilinin Azərbaycan-Kanada birgə müəssisəsinin istehsalı olduğunu bildirib.
Ekspert avtomobillə bağlı aşağıdakı detalları da paylaşıb:
"Motor 6.7, 362 at gücü.
Şüşələrindən tutmuş hər yeri zirehlidir, gecə-gündüz görmə sistemləri, kameralarla təchiz olunub . Əsasən sifarişlə, xüsusi təyinatlılar və hərbi məqsədlər üçün hazırlanır.
Müharibə zamanı, xüsusi hallarda mobil komanda məntəqəsi olaraq fəaliyyət göstərə bilir.
Hazırda DİN-nin arsenalında istifadə edilir".
Aysel
Sfera.az