Ərdoğanın vaxtı olmadığı üçün Pompeo ilə görüş baş tutmadı

12:30 / 17.11.2020
3532
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 16-da Türkiyəyə səfərə gələn ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşməməsinin səbəbi açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə detalları ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndəsi açıqlayıb.
"Prezident Ərdoğanın cədvəli dəyişdiyindən və Dövlət Katibinin səfəri əsasında qoyduğumuz parametrlərə cavab verə bilmədiyindən görüş baş tutmayıb”, - deyə diplomat qeyd edib.
Diplomatın sözlərinə görə, həm Pompeo, həm də türkiyəli rəsmilər görüşün baş tutmasında maraqlı olub. O, problemin Ərdoğanın qrafikindən qaynaqlandığını bildirib.
Diplomat Şərqi Aralıq dənizi, Liviya və Suriya da daxil olmaqla bir sıra bölgələrdəki vəziyyətlə bağlı münasibətdə Vaşinqton ilə Ankara arasında fikir ayrılıqlarının olduğunu da etiraf edib.