Koronavirus qonşu ölkələrdə tüğyan edir - SON VƏZİYYƏT

Koronavirus qonşu ölkələrdə tüğyan edir - SON VƏZİYYƏT
Gürcüstanda son sutkada koronavirusa 3 157 yeni yoluxma faktı təsdiqlənib, 3 230 nəfər sağalıb, 30 pasiyent isə vəfat edib.
 
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 82 835-ə çatıb. Onların 65 291-i sağalıb, 733-ü isə ölüb.

***

Rusiyada son bir gündə daha 22 778 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahının yaydığı məlumata görə bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 948 603 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 303 nəfər artaraq 33 489-a yüksəlib.
 
***

Ermənistanda isə daha 549 nəfərdə koronavirus aşkarlanıb, 25 nəfər ölüb.

Ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzinin yaydığı məlumata görə bununla da Ermənistanda virusa yoluxanların sayı 117 886-ya yüksəlib. Pandemiyadan ölənlərin sayı 25 nəfər artaraq 1 788-ə çatıb. 

Hazırda Ermənistanda 39 779 aktiv koronavirus xəstəsi var.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...