Paşinyanın partiyası dağılır

Paşinyanın partiyası dağılır
Ermənistanda baş nazirin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan tutduğu vəzifədən istefa verib.

Bu barədə Sfera.az erməni mətbuatına istinadən xəbər verir.

Qeyd olunub ki, onun istefasına səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın son sözləri olub. Belə ki, Paşinyan " Nəhayət "divar dibində ulayan”larla bağlı problemləri həll etmək üçün "cəbhə uşaqları”nın Yerevana gəlməsini gözləyirəm” deyə, bildirib.

Sosial şəbəkə hesabında vəzifəsindən istefa verdiyini açıqlayan V. Siseryan bildirib ki, Paşinyan müxalifət nümayəndələrini təhdid edir.

Bundan başqa Paşinyanın açıqlamasından sonra iki millət vəkili də istefa verdiyini açıqlayıb. Paşinyanın "Mənim addımım” partiyasından deputat seçilən Qayan Abrahamyan mandatından imtina etdiyini söyləyib.

"Bu günlərdə vəziyyəti bir az yumşaltmaq üçün hər cür səy göstərməyə çalışdım, amma bu andan etibarən Milli Məclisin deputatı kimi fəaliyyətimi tükənmiş hesab edirəm. Çoxsaylı səhvlərə görə üzr istəyirəm” deyə Abrahamyan feysbuk səhifəsində yazıb.

Digər deputat Taqui Tovmasyan da fraksiyadan çıxdığını elan edib:

"Siyasi komandamız bir-birinin ardınca səhv edir. Səhvlərimizi dərk etmək, vəziyyəti dialoqla yumşaltmaq, gərgin vəziyyəti sabitləşdirməyə çalışmaq əvəzinə, dövlətin əsaslarını sarsıdan addımlar atırıq”. /Report

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...