Paşinyanın arvadının Qarabağ sevdasının səbəbi bilindi - Biabırçılıq

Paşinyanın arvadının Qarabağ sevdasının səbəbi bilindi - Biabırçılıq
İrəvanda yenə aləm dəyib bir-birinə. Bu dəfə məsələ Paşinyanla bağlı deyil. Amma Paşinyana dəxli çoxdur. Sən demə, Paşinyanın gözəlçəsi Anna Akopyan qurama respublikada at oynadırmış. Həə, bir də deyirlər ki, Anna … Bu barədə bir az sonra. Qayıdaq Anna Akopyanın Qarabağ sərgüzəştlərinə. Sən demə, Nikolun gözəlçəsi Qarabağda hər şeyə burnunu soxurmuş. Bunu mən yox, Rusiyada yaşayan erməni media maqnatı Avram Qabrelyanov deyir.
Bu günlərdə Qabrelyanov radio efirdə Vladimir Solovyovun qonağı olarkən açıb sandığı, töküb pambığı. Deyib ki,  Annanın iki gündən bir Qarabağda peyda olmasının səbəbi başqaymış. Belə ki, hərbi əməliyyatlarla bağlı keçirilən müzakirələrdə Anna aktiv iştirak edirmiş. Və bütün göstərişləri Anna verirmiş. Qabrelyanov onu da deyib ki, həmən iclasların birində Paşinyanın arvadı ona etiraz edən general Movses Akopyanın üstünə bərk çəmkirib. İclasda müxbir kimi iştirak edən Qabrelyanovun tulası bloger Semyon Peqov da bütün bunları lentə alıb. İclasdan sonra qurama respublika rəhbərinin mətbuat katibi Vaqram Poqosyan video çəkilişin ona verilməsini tələb edib. Lakin Peqov Poqosyanı eşitməyib. Bildirib ki, onun ağası Poqosyan yox, Qabrelyanovdur. Bundan sonra Poqosyanla Peqov olublar qanlı düşmən. Qabrelyonov efirdən Poqosyanın ünvanına təhqirlər yağdırıb. Deyib ki, "Ə tula, sən kim olursan ki, mənim adamımı ölümlə hədələyirsən?”. 

Guya Poqosyan Peqova deyib ki, "Peqov, səni azərbaycanlılardan qabaq mən öldürəcəm”.

Aram Qabrelyanov Poqosyanın Peqova olan düşmənçiliyinin səbəbini Solovyova tam deməsə də, özünün sosial səhifəsində bunu yazıb. Bildirib ki, mətbuat katibinin Peqovla  düşmənçiliyinin əsas səbəbi Anna Akopyanla Poqosyan arasında olan  "isti” münasibətlərdən blogerin xəbər tutması və bu xəbəri bəzi adamlara, o cümlədən Qabrelyanova ötürməsidir.

İndi Ermənistan mətbuatı yazır ki, Poqosyan Peqovun tapılması və cəzalandırılması üçün bütün imkanlarını səfərbər edib.

Həəə, əziz oxucu! Burda deyiblər ey, "oğurluqla q… 40 gün çəkər”. İndi bildinizmi, Anna Akopyan niyə Qarabağın yolunu su yoluna döndərib?!

Sən demə, torbada pişik var imiş. Çünki şair deyir ki, "eşq adamı öldürmür, saraldıb bədrəng edir”. Eynən Anna Akopyan kimi… //konkret.az

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...