ARTE telekanalı Qarabağa dönüşlə bağlı reportaj yayımlayıb - FOTOLAR

ARTE telekanalı Qarabağa dönüşlə bağlı reportaj yayımlayıb - FOTOLAR
 Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE "Qarabağa dönüş” adlı reportaj yayımlayıb.

Sfera.az xəbər verir ki, azərbaycanlı uşaqların Dövlət Himnimizi oxuması ilə başlayan reportajda şəhər sakinlərinin Qələbəni böyük sevinclə qeyd etdiyi bildirilir.

Vurğulanır ki, Azərbaycanın qazandığı Qələbənin sevincini yaşayanlar arasında 27 il əvvəl erməni silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin salınmış Füzuli sakinləri də var.

Rayonlarının azad olunduğunu eşidən füzulililər sevinclərini sözlə ifadə edə bilmədiklərini, bu günün onların həyatında ən xoşbəxt gün olduğunu deyirlər. Qeyd edirlər ki, 27 ildir paytaxt Bakıda yaşamaqlarına baxmayaraq, onların ürəyi həmişə Füzuli ilə döyünüb.

Telekanalın jurnalistləri Füzulidən olan ailənin qonağı da olurlar. Söhbət zamanı ailənin üzvü Qarabağa, doğma evlərinə qayıtmağı gözlədiklərini bildirib. Əminliklə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə bütün infrastruktur bərpa olunacaq. Diqqətə çatdırılıb ki, həyatının ən gözəl günlərini məhz Füzulidə keçib.

Reportajda işğaldan azad olan Füzulinin 27 il ərzində xarabalığa çevrildiyi, orada evlərin, eləcə də bütün infrastrukturun dağıdıldığı göstərilib.

Qeyd edək ki, Avropa Televiziya Assosiasiyası - ARTE televiziya kanalı Fransa və Almaniyanın birgə hazırladığı ictimai kanaldır və 1992-ci ildən fəaliyyət göstərir.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...