Çin ölkənin ən zəngin adamını sıxışdırır

Çin ölkənin ən zəngin adamını sıxışdırır
Çin dövlət başçısı Si Szinpin ölkənin ən zəngin vətəndaşı olan "Alibaba Group”un təsisçisi və rəhbəri Cek Ma (Ma Yun) tərəfindən himayə olunan "Ant Group” şirkətinin İPO-sunu (initial public offering – ilkin ictimai təklif: səhmlərin birjada ilkin yerləşdirilməsi) dayandırmaq qərarı verib.

Sfera.az xəbər verir ki, mənbələrin dediyinə görə, buna səbəb iş adamının hökumət haqqında tənqidi açıqlamalarıdır.

Məsələn, oktyabrın 24-də Cek Ma nitqi zamanı ölkə başçısından iqtibas gətirərək yüksək texnologiyalar sahəsindəki mövcud qaydaları mənfi dəyərləndirib. Bu cür açıqlamalar iş adamının öz şəxsi nüfuzunu yüksəltmək, eyni zamanda tənzimləmə orqanlarının fəaliyyətini şübhə altına qoymaq kimi qəbul olunub.

Mənbələrdən biri qeyd edib ki, dövlət başçısı Si Szinpin vətəndaşların şəxsi varidatına əhəmiyyət verməyərək insanın varlanandan sonra da şəxsi mənafeyini ölkə mənafeyi ilə uzlaşdırmaq bacarığını əsas götürür.

Xatırladaq ki, "Ant Group”un İPO-sunun dünyada ən böyük qiymətli kağızlar yerləşdirilməsi olacağı gözlənilirdi. İndiyədək ən böyük İPO ötən ilin sonunda "Saudi Aramko”ya dair keçirilmişdi.///Report

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...