"Trabzonspor"un yeni baş məşqçisi açıqlandı

İdman
15:05 / 10.11.2020
3833
Türkiyənin "Trabzonspor" futbol komandasının yeni baş məşqçisi açıqlanıb.
Sfera.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu posta Abdulla Avcı gətirilib.
57 yaşlı mütəxəssislə 2.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Abdulla Avcı son olaraq "Beşiktaş"ın baş məşqçisi olub. Yayda AFFA da türkiyəli mütəxəssislə danışıqlar aparıb.