Bayrağımız dünyanın ən hündür 5-ci göydələnində - FOTO

Bayrağımız dünyanın ən hündür 5-ci göydələnində - FOTO
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə, həmçinin Vətən müharibəsinə dəstək olmaq məqsədilə Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan bayrağının asılması aksiyası keçirilib.

SFera.az xəbər verir ki, aksiya Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Mədəniyyət Assosiasiyasının birgə dəstəyi, "Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyasının üzvlərinin iştirakı ilə keçirilib. Azərbaycan bayrağı dünyanın ən hündür 5-ci, Koreya yarımadasının isə 1-ci binasında - "Lotte World Tower” göydələnində asılıb. Hündürlüyü 541 metr olan 123 mərtəbəli binanın yuxarı hissəsində yerləşən "Səma körpüsü”ndən Azərbaycan bayrağı asılıb.

Bayraq aksiyası koreyalılar tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, 2017-ci ildən istifadəyə verilmiş göydələndə ilk dəfə olaraq məhz Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanıb. "Lotte World Tower”in idarəçiləri Azərbaycan bayrağının məhz bu göydələndə dalğalandırılmasına görə tədbirin təşkilatçılarına təşəkkür edib, Azərbaycanın bu nümunəvi layihəsindən faydalanaraq sözügedən binada tezliklə Koreya Respublikasının bayrağının da dalğalandırılması layihəsini həyata keçirəcəklərini söyləyiblər.



OXŞAR XƏBƏRLƏR

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...