İranda bir sutkada 10 mindən çox insan koronavirusa yoluxdu

Dünya
15:46 / 09.11.2020
2253
İranda ötən sutka ərzində 10 463 nəfər koronavirusa (COVID-19) yoluxub, 458 nəfər isə ölüb.
Sfera.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari açıqlayıb.
Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 38 749 nəfərə, virusa yoluxanların ümumi sayı isə 692 949 nəfərə yüksəlib.