İsraildə erməni terrorunun qurbanları yad edilib - FOTO

İsraildə erməni terrorunun qurbanları yad edilib -  FOTO
İsraildə yaşayan azərbaycanlıların təşəbbüsü ilə Qüds (Yerusəlim) şəhəri yaxınlığında "Xocalı-613” bağında işğalçı Ermənistan ordusunun Gəncə və Bərdə şəhərlərində, eləcə də, digər yaşayış məntəqələrində törətdiyi terror aktlarının qurbanları yad edilib.

Sfera.az xəbər verir ki, Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbirdə azərbaycanlılarla yanaşı, İsraildəki digər icmaların nümayəndələri və yerli sakinlər də iştirak edib. "Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Qarabağda hərbi əməliyyatların başlamasından artıq 40 gün keçdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra həlak olan dinc sakinlərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Terror qurbanlarını anmaq üçün Xocalı abidəsinin önünə gül dəstələri və çələnglər düzülüb. Tədbirdə iştirak edən Kiryat Bialik şəhər merinin müavini Nyuma Raçevski yəhudi xalqının haqlı mübarizədə daim Azərbaycanı dəstəkləyəcəyini bildirib. Dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantov Qafqazda sülhün bərqərar olması üçün dualar edib.

Əllərində Azərbaycanın və İsrailin dövlət bayraqlarını tutan tədbir iştirakçıları şəhər sakinlərinə erməni vandalizmini əks etdirən bukletlər paylayıblar.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...