Ermənilərdən çirkin təxribat: Səfirliklərinin önünə donuz başı qoydular - VİDEO

Ermənilərdən çirkin təxribat: Səfirliklərinin önünə donuz başı qoydular - VİDEO
Bu gecə ermənilər Ukraynanın Xarkov şəhərində yerləşən fəxri konsulluğumuza silahlı hücum edib. Erməni terrorçular tərəfindən konsulluğun binası atəşə tutulub və məkana altı güllə dəyib.

Sfera.az-ın verdiyi xəbərə görə, ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribata cəhd ediblər.

Bu qəbildən olan təxribatçı və terrorçu hərəkətlərin arxasında birbaşa Ermənistan hakimiyyətinin dayandığı artıq heç kimə sirr deyil.
 
Bir müddət əvvəl Estoniyanın paytaxtı Tallin şəhərində maskalı naməlum bir şəxs İslam mərkəzinin qarşısına, eləcə də, Azərbaycan və Türkiyə səfirliklərinin önünə donuz başı qoyub. 

Qeyri-rəsmi məlumatlara görə, bu rüsvayçı hərəkət, dini radikalizm ilə seçilən bir nəfər tərəfindən "müsəlmanların xristianlara qarşı pis münasibətinə” və "Azərbaycanın Ermənistana qarşı Dağlıq Qarabağdakı hərəkətlərinə” cavab olaraq törədilib.

Bu istiqamətdə Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyan tərəfindən təxribat xarakterli işlərin aparıldığını nəzərə alsaq, bu hərəkətdə Ermənistan xüsusi xidmət orqanlarının əli olduğu açıq şəkildə görünür.

Ermənistan bu cür təxribatlarla dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin dəyərlərinə və hisslərinə toxunaraq təxribata çəkməyə çalışır. Həmvətənlərimizin bu cür təxribatlara uymaması, hər hansı bir təhlükə gördükdə dərhal həmin ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur.
 
 



OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...