Neft bahalaşdı
10:30 / 23.04.2016
2146
London və Nyu-York birjalarında keçirilən elektron hərraclar zamanı neft qiymətlərində artım qeydə alınıb.
Sfera.az report-a istinadən bildirir ki, WTI markalı yüngül neftin iyun fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında 1,27%, yaxud da 0,55 dollar artaraq bir barel üçün 43,73 dollar təşkil edib.
Londonun "ICE Futures" birjasında isə "Brent" markalı neftin iyun fyuçersləri 1,30% və ya 0,58 dollar artaraq bir barel üçün 45,11 dollara bərabər olub.