Co Baydenin prezidentliyi Azərbayacana nə vəd edir? – Politoloqdan açıqlama

Co Baydenin prezidentliyi Azərbayacana nə vəd edir? – Politoloqdan açıqlama

"Co Baydendən Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizəsinə xüsusi, fərqli yanaşmasının olacağını gözləmirəm”.


Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ prezidentliyinə namizəd Co Baydenin iqtidara gələcəyi təqdirdə, Azərbaycanın apardığı azadlıq mübarizəsinə hansı münasibət sərgiləyəcəyi sualını dəyərləndirərkən politoloq Araz Aslanlı deyib:


"Ola bilər, münaqişənin alovlanması, insan ölümlərilə bağlı üzüntüsünü ifadə etsin. Amma Azərbaycanın öz torpaqlarını azad etməsinə etiraza gəlincə, buna heç bir prezidentin, o cümlədən Co Baydenin də hüququ yoxdur.

 

ABŞ-da hansısa prezident Azərbaycanın apardığı haqq işinə qarşı çıxsa belə, bu ölkənin Cənubi Qafqazda nəticə yaratmaq ehtimalı aşağıdır. Vaşinqton bu gün Cənubi Qafqazdakı proseslər baxımından həlledici dövlət deyil və yaxın mərhələdə də bu ehtimalın baş tutması real görünmür.


A. Aslanlıya görə, Co Bayden sadəcə, erməni lobbisini məmnun etmək naminə Azərbaycanla Türkiyəyə qarşı kosmetik xarakterli addımlar ata bilər:"Strateji xarakterli fərqli yanaşma sərgiləyəcəyini isə gözləmirəm”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...