Bişkekdəki etirazlarda onlarla gənc gözlərini itirib – Zərərçəkmişlər danışır

Bişkekdəki etirazlarda onlarla gənc gözlərini itirib – Zərərçəkmişlər danışır

5 oktyabr mitinqində onlarla qırğız səs bombasına görə gözlərini itirib. Polislə qarşıdurmada yaralanan qırğızıstanlıların əksəriyyəti hələ də xəstəxanalardadır. 


Sfera.az Rusiya mətbuatına istinadla xəbər verir ki, parlament seçkilərinin nəticələrinə etiraz edənlər daha çox göz travması alıb. Jibek Beqaliyeva iğtişaşlar zamanı onlarla gənc oğlanın gözlərini necə itirdiyindən bəhs edib.


Ruslan Çeqirtgeyev növbəti dəfə müayinədən keçmək üçün oftalmoloqun yanına gəlib. Bu gün artıq 20 gündür ki, onun sağ gözü görmə qabiliyyətini itirib.

 

"İndi məlum oldu ki, daim həkim nəzarətində olmalıyam. Gözümün tikişi sökülməyib axı, gözüm hələ də görmür. ”,- deyə Çeqirtgeyev bildirir.

 

Həkimlərin sözlərinə görə, Ruslanın gözü tamamilə görmə qabiliyyətini itirib. Onun yerinə protez yerləşdirəcəklər. Bu bir neçə ay çəkəcək.

Ruslan, İssık-Kul bölgəsinin Ak-Suu rayonunda yaşayır, amma davamlı əməliyyatlara görə müvəqqəti olaraq Bişkekə köçməli olub. Ailəsi ilə birgə burada mənzil kirayələyib. Müalicə pulunu qohumlardan, dostlardan alır.

 

"Hər kəs gücü çatan qədər kömək edir, Gündəlik qəbul etməli olduğum dərmanları isə özümüz almalı oluruq. İndi könüllülər də pul yığmağa başlayıblıar. Dövlətə gəldikdə isə, hələlik bu haqda heç nə deyə bilmərəm. Çünki hələ ki, kömək üçün heç bir dövlət qurumuna müraciət etməmişik. Ümidvaram, müraciətimiz cavabsız qalmayacaq.”,- deyə zərərçəkən bildirir.

 

Onlarla digər qırğızıstanlı kimi, Ruslan da 5 oktyabrda Bişkekdə polislə toqquşma zamanı gözlərini itirib: parlament seçkilərinin nəticələrinə etiraz edən nümayişçilərə qarşı səs bombası istifadə edilib. Bunun nəticəsində həmin gecə milli xəstəxananın göz şöbəsinə 80-dən çox insan müraciət edib. Onların yarısı təcili əməliyyat olunub. Xəstələrin əksəriyyəti gənclərdir, heç 30 yaşları yoxdur.


Bişkekdəki milli xəstəxananın şöbə müdiri Baktıgul Mamıtova deyib: "Xəstəxanamızda eyni vaxtda dörd əməliyyat otağı işləyirdi. Xəstələrin ardı-arası kəsilmirdi. Axşam saat 10-dan ertəsi gün saat 11-ə qədər dayanmadan yaralanan gənclərin gözlərini əməliyyat etmişik”.

 

Ümumilikdə, parlament seçkilərinin nəticələrinə qarşı etirazlardan sonra mindən çox insan Bişkekdəki xəstəxanalara müraciət edib, zərərçəkənlərdən biri həlak olub, digəri isə hələ də komadadır.

 

Tərcümə etdi: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...