Aziz Yıldırım bəraət aldı

İdman
13:53 / 06.11.2020
2135
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı növbəti məhkəmə prosesi keçirilir.
Sfera.az "NTV Spor"a istinadən xəbər verir ki, aralarında "Fənərbağça"nın sabiq prezidenti Aziz Yıldırım və "Sivasspor"un prezidenti Mecnun Otyatmaz olan 31 şübhəli ilə bağlı qərarlar açıqlanır.
İstanbul 13-cü Ağır Cəza Məhkəməsi artıq Aziz Yıldırıma və Mecnun Otyatmazla birlikdə 23 şəxsə bəraət verib.