Sarkisyan Paşinyan iqtidarına “ləyaqətsiz” dedi

Sarkisyan Paşinyan iqtidarına “ləyaqətsiz” dedi
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan İctimai Televiziyasında bəyan edib ki, 2018-2020-ci illərdə son 10 illə müqayisədə daha müasir silahlar alıb. Beləliklə, o, 2008-2018-ci illərdə Ermənistanın prezidenti olan Sarkisyanın hakimiyyətinin hərbi sahədə yarıtmaz siyasət yürütdüyünə eyham edib.

Sfera.az xəbər verir ki, Ovannisyanın iddialarına Sarkisyanın cavabı kifayət qədər sərt olub. O bildirib ki, Müdafiə Nazirliyinin sözçüsü ya rəqəmləri bilmir, ya da bilərəkdən reallığı təhrif edir.

"Ölkənin müharibə şəraitində olduğunu və hərbi vəziyyət elan edildiyini, qarşı tərəfin artıq Şuşaya çatdığını nəzərə alsaq, bu barədə danışmaq, günahkar axtarmaq  ləyaqəsizlikdir. Hərbi vəziyyət başa çatdıqdan sonra biz bu mövzuya və bu kimi əsassız spekulyasiyalara ətraflı və əsaslandırılmış şəkildə toxunacağıq".

Ovannisyanın Sarkisyana cavabı gecikməyib. Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, rəqiblərinin heç biri 2018-2020-ci illərdə alınan silahların miqdarı barədə ondan daha çox məlumatlı deyillər. "Məxfilik səbəbilə ətraflı məlumat verə bilmərəm, amma kimsə bu mövzularda spekulyasiya etməyə çalışırsa, deməli, vəziyyətə nəzarət etmir. Çox şey bilirəm, sadəcə təmkinli olun”, - deyə əlavə edib.

 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...