Putin yanvarda istefa verəcək – İngiltərə mətbuatından İDDİA

Putin yanvarda istefa verəcək – İngiltərə mətbuatından İDDİA
Rusiya prezidenti Vladimir Putin Parkinson xəstəliyi səbəbi ilə vəzifəsindən imtina edəcək.

 

Sfera.az xəbər verir ki, bu iddia İngiltərə mediasında yer alıb.

 

Məlumata görə, Putin 2012-ci ildən bu xəstəlikdən əziyyət çəkir.


"Daily Mail” qəzetinin Moskva mənbələrindən əldə etdiyi bilgiyə əsaslanan xəbərdə Putinin illərdir ki, Parkinson xəstəsi olduğu və növbəti ilin yanvar ayında bu səbəblə vəzifəsindən gedəcəyi qeyd olunub.

 

Xəstəliyin Putinin sağ qolunda problem yaratdığı iddia edilib.

 

Ötən illərdə də Putinin Parkinson xəstəliyinə tutulması ilə bağlı bir neçə dəfə iddia irəli sürülüb. Buna görə də bu barədəki iddialar "British Medical Journal” tərəfindən araşdırılıb. Araşdırmaya əsasən, Putinin sağ qolu asimmetrik görünür və qolunun yellənməsi də Parkinson xəstəliyinin əlaməti ola bilər.

 

Qeyd edək ki, Parkinson xəstəliyi Alzaymerdən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. Ən çox bilinən əlaməti isə hərəkət pozuntusudur.

 

Sfera.az

Əzizə Zeynal

 

 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...