Ermənistan Tovuz, Gədəbəy və Daşkəsənə hücuma davam edir - RƏSMİ

09:44 / 06.11.2020
1830
"Ermənistan coğrafi cəhətdən döyüş əməliyyatları xəttindən uzaq olan Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən bölgələri ərazilərinə hücum etməyə davam edir”.
Sfera.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında bildirib.
"Ermənistan bu cür təxribatlarla hərbi əməliyyatlar coğrafiyasını genişləndirməyə çalışır”, - deyə H. Hacıyev qeyd edib.