Avropa Liqası: "Qarabağ" "Sivasspor"a qarşı

Avropa Liqası:
"Qarabağ" komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.

Sfera.az xəbər verir ki, Ağdam klubu I qrupunun III tur matçında Türkiyədə "Sivasspor"un qonağı olacaq. "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Qrupdakı ilk iki oyunda məğlub olan komandalar 3-4-cü yerləri bölüşdürür. Sadəcə, vurulan topların sayına (1 qol) görə Azərbaycan çempionu sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi əvvəlki görüşlərdə 7 dəfə rəqib qapılarına yol tapıb.

Superliqa klubu "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq. Rəqibin heyətində Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliksin zədə səbəbindən oynamayacağı dəqiqdir. Bundan başqa, İsrail "Makkabi"si (Təl-Əviv) ilə qarşılaşmada qırmızı vərəqə almış Samba Kamara da oyunu buraxacaq. Marselo Qoyano və Erdoğan Yeşilyurtun isə meydana çıxıb-çıxmayacağı sual altındadır. "Köhlən atlar"da isə zədəli və cəzalı futbolçu yoxdur.

Qarşılaşma əvvəlcə Portuqaliyadan olan hakimlər briqadasına tapşırılsa da, UEFA sonradan əsas referi və yan xətt hakimlərini isveçrəlilərlə əvəzləyib.

UEFA Avropa Liqası

I qrupu, III tur

21:55. "Sivasspor" (Türkiyə) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Sandro Şörer, Stefan de Almeyda, Bekim Zoqay (İsveçrə)

Dördüncü hakim: Yanku Yoan Vasilitsa (Portuqaliya)

Sivas, "Yeni Sivas 4 Eylül stadionu"

Qeyd edək ki, bu qrupun digər oyununda "Vilyarreal" evdə "Makkabi" ilə üz-üzə gələcək.

OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...