"Ermənistan bununla əsl simasını nümayiş etdirdi" - Hikmət Hacıyev

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın açıqlamasını şərh edib.

Sfera.az xəbər verir ki, Hacıyev Naqdalyanın "Bəyan edirik ki, Artsax xalqı üçün ekzistensial təhlükə şəraitində Arstax hakimiyyəti və Müdafiə Ordusu öz əhalisini müdafiə etmək və düşmənə qarşı əks-hücum etmək üçün ayrılmaz hüquqa malikdir” sözlərinə cavab olaraq, bunları yazıb:
 
"Ermənistanın Xarici İşlər Nazirliyi belə bir davakar bəyanatla və uydurma rəvayətlərlə Azərbaycanda mülki insanlara qarşı hücumlara zəmin hazırlayır.

Ermənistan terrorizmi dəstəkləyən bir dövlət olaraq, Gəncə, Bərdə və s. şəhərləri "Smerç” və "SCAD” ballistik raketlərindən atəşə tutaraq əsl simasını nümayiş etdirdi”.
 





OXŞAR XƏBƏRLƏR

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...