Azərbaycanlılar Virciniyada kültür dərnəyi yaratdılar

Azərbaycanlılar Virciniyada kültür dərnəyi yaratdılar
Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında yaşayan azərbaycanlılar tərəfindən Südyolu Təhsil və Kültür Dərnəyi (Milky Way Educational Cultural Association – MECA) yaradılıb.

Sfera.az xəbər verir ki, Vaşinqtonda yaşayan azərbaycanlı dostların sosial və mədəni ehtiyaclarını həll etmək məqsədilə yaradılan qeyri-hökumət təşkilatı ABŞ qanunlarına uyğundur və heç bir siyasi mənsubiyyət daşımır.

MECA-nın vitse-prezidenti Ramiz Məmmədlidir.  Təşkilatın yaradılma məqsədi Azərbaycan mədəniyyətini başa düşməyə təşviq etmək, mədəni və maarifləndirmə fəaliyyətləri ilə bütövlüyü inkişaf etdirməkdir.

Azərbaycanlı uşaqlar üçün həftə sonu məktəbləri, böyüklər üçün ESL dərsləri, Azərbaycan mədəniyyətinin gözəlliyini Vaşinqton ərazisindəki qonşularla bölüşmək üçün genişhəcmli sosial festivallar, bayram gəzintiləri keçirmək; yeni mədəniyyətə inteqrasiya edən azərbaycanlı mühacirlərə və tələbələrə kömək etmək, ABŞ-da yaşayan Azərbaycan dilli əhalinin mədəniyyətini, dilini, adət və ənənələrini təbliğ etmək və qorumaq üçün  yardım göstərmək dərnəyin fəaliyyətinə daxildir.

MECA öz saytında dostlar üçün ruhlandırıcı atmosfer yaratmağın və onların yerli icmalarla daha yaxşı inteqrasiya etmələrinə kömək etməyin dərnəyin əsas hədəflərindən olduğunu qeyd edir.  Sülhə, firavanlığa və harmoniyaya hər cür töhfəni yüksək qiymətləndirən təşkilat bir-birilərini tanımağın cəmiyyətlər arasında körpülər yaradacağına inanır.

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...