Vyanada sinaqoq yaxınlığında atışma: 7 nəfər öldü

Vyanada sinaqoq yaxınlığında atışma: 7 nəfər öldü
Vyananın mərkəzində, sinaqoq yaxınlığında baş vermiş atışma nəticəsində yeddi nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə "OE24” telekanalı polisə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, silahlı hücumda iştirak edənlərdən biri öldürülüb.

Bundan əvvəl "Kurier” qəzeti Vyananın mərkəzindəki hücum barədə məlumat vermiş və bir neçə dəfə atəş səsi eşidildiyini bildirmişdi. Polis bir neçə nəfərin yaralandığını təsdiqləsə də, onların sayı barədə məlumat verməyib.

"OE24 TV” kanalının verdiyi məlumata görə, ümumilikdə sinaqoqun yaxınlığındakı küçədə 50-yə yaxın atəş səsləri eşidilib. Cinayətkar şəxslər pulemyot silahdan atəş açıblar.

"Kronen Zeitung” qəzetinin yazdığına görə, silahlılardan biri partlayıcı qurğunu işə salıb. Daha bir neçə nəfərin qaçdığı güman olunur.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş polkovnik Mirzə Cəlilovun cinayət işinin təfərrüatı məlu...

Rusiyanın 5 hava limanı fəaliyyətini dayandırdı

İjevsk hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir.   Sfera.az xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.   ...

Məktəblərimizdə Çin dili tədrisi uğurlu olacaq? - AÇIQLAMA

Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini təşviq etməyi planlaşdırır. Bu təşəbbüs cəmiyyət və təhsil mütəxəssisləri arasında müxtəl...

“Poz-Qazan”da iyunda 33 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları iyun ayında rekord sayda bö...

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...