Livan ermənilərinin döyüşə getməsinin əsl səbəbi açıqlandı

Livan ermənilərinin döyüşə getməsinin əsl səbəbi açıqlandı
 Heç kimdə şübhə doğurmur ki, işğalçı Ermənistan silahlı qüvvələrinin sıralarında kifayət qədər muzdlular da yer alıb. PKK terrorçularını da sıralarına cəlb edən düşmən, Livandan olan erməniləri də Dağlıq Qarabağa gətirir.

Sfera.az xəbər verir ki, Livandan olan ermənilərin döyüşə qatılmasının əsas səbəbi Livanda üzləşdikləri maliyyə sıxıntılarıdır. "Onların da ağlına gəlməzdi ki, nə vaxtsa maliyyə sıxıntısına görə belə bir addım atarlar", - deyə agentliyin yazısında bildirilir.

Qeyd olunur ki, Livanda 140 min erməni yaşayır. Təlim düşərgələrindən yalnız birində 10-a yaxın Livan ermənisi hazırlıq keçib.

Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, xarici ölkələrdəki erməni diasporunun bəzi üzvləri də Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün geri qayıdır. Bildirilir ki, ABŞ və Argentinadan yüzlərlə insan artıq hərbi hazırlıq keçmək üçün Ermənistana gəlib.

Livan parlamentinin deputatı, "Daşnaksutyun”un Livandakı lideri Akop Pakradunyan da bildirib ki, 20-dək erməni Ermənistana gedib.

Qeyd edək ki, ermənilərin yaşadığı Ancar şəhərindən müharibəyə gələn muzdlulardan biri – opera müğənnisi Kevork Xacyanan məhv edilib.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqdakı zorakılığa yalnız bir şəhər və ya cinayət qanunvericiliyi müstəvisində baxmaq sadəlövhlükdür

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət xüsusi amansızlığı ilə seçilir. Milli, dini və vətəndaşlıq mənsubiyyətindən asılı olm...

Çimərlik və hovuzların görünməyən bəlasından necə qurtulaq? - AÇIQLAMA

Yay aylarında çimərlik və hovuzlara maraq artdıqca, bağırsaq çöpləri, xüsusilə “Escherichia coli” (E.coli) kimi bakteriyalarla yoluxma riski də yüks...

Sabah çimərliklərdə hava necə olacaq?

 Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyulu...

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı "WhatsApp" qruplarına bildirişlər...

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

Azərbaycanla Özbəkistan arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.     Sfera.az xəbər v...

Sahibkarların sığortaya təşviqi məqsədilə yeni əməkdaşlıq quruldu

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayevlə Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl...