Azərbaycanlı qız Türkiyə gözəli seçildi - FOTOLAR

Azərbaycanlı qız Türkiyə gözəli seçildi - FOTOLAR
"Best model Türkiye" yarışmasının birincisi olan 15 yaşlı Melisa İrmak əslən azərbaycanlı olduğunu deyib.
 
Sfera.az xəbər verir ki, bu haqda Melisa türk mediasına müsahibəsində danışıb. O deyib ki, anası Zərnişan Babayeva Gəncədəndir:

"Atam İstanbuldandır, anam isə Azərbaycanın Gəncə səmtindəndir. Birinci oldum, amma sevinə bilmirəm. Çünki vətənimdə mülki şəxslər ölür. Mükafatımı onlara həsr edirəm. Xalamgil Gəncədə yaşayırlar və çox qorxurlar. Oradakı insanlar üçün üzülürəm. Balaca olanda ora gedirdim. İndi necə yaşadıqlarını gözəl anlayıram. Gecələri zirzəmidə yatırlar. İnanıram ki, hər şey yaxşı olacaq".

Melisanın yarışmada birinci olması yaşına görə tənqid edilib. İnsanlar onun bu yaşda modellik etməsini qınayıblar. Modelin anası isə övladı haqda bunları deyib:

"Qızım bu yarışmaya qatılmağı uşaqlıqdan istəyir. Atası ilə ayrılmışıq. Amma ondan da icazəsini alıb. Hər an onun yanındayam. Uşaq müğənni, aktyor ola bilir, model ola bilməz? Övladımı dəstəkləyirəm".

Qeyd edək ki, Zərnişan Babayeva müğənni Roza Zərgərlinin xalası qızıdır.
 
/Axşam.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan onu Türkmənistana təhvil verdi

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Sap...

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...

Prezident onu hərbi prokuror təyin etdi

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.   Sfera.az  xəbər verir ki, Prezident İlham...

Əhalinin yanacaq xərcləri artdı

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 156 mln. manat xərclənib. ...