\"Bıçaqla qoluma necə vurdusa, qanı kəsə bilmədilər...\" - Doğuş

13:13 / 31.10.2020
3900
"Atam məni heç sevməzdi, həmişə döyərdi. Ailəmdə tapmadığım sevgini yad insanlarda tapırdım.
Sfera.az xəbər verir ki bunu türkiyəli müğənni Doğuş "YouTube"da yayımlanan "Katarsis" proqramında söyləyib.
Hər dəfə bir məşhuru qonaq edərək həyat hekayəsini danışdıran Gökhan Çınarın bu dəfəki qonağı Doğuş olub.
Doğuş yaşadığı ən çətin anları dilə gətirib:
"Mən sevgisiz böyüdüm. Atam məni anam öldükdən sonra uşaq evinə atdı. Özümü o qədər pis hiss edirdim ki, sözlə ifadə edə bilməyəcəm. Orda yaxşı birşey görmədim. Elə bir yerdə yaşamaq mənə o qədər çətin gəldi ki, ordan qaçıb küçələrdə yaşamağı daha üstün bildim".
"Mənim yaşadığım o dövrlərdə uşaq evlərində vəziyyət çox acınacaqlı idi. Bizə baxan dayələr də qəddar idi. Yadıma gəlir - hardasa altı yaşım olardı, dayələrdən biri mənim qoluma bıçaqla necə vurdusa, qanı kəsə bilmədilər. Ona görə ki, mən yatdığım yeri batırmışdım və bu məni cəzalandırmaq üçün atılmış bir addım idi".
İfaçı küçələrdə yaşadığı vaxtlardan da danışıb:
"Küçələrdə özümə yeni dostlar tapdım. Onların hər birini özümə qardaş hesab etdim. Ancaq çox keçmədi ki, yanlış düşündüyümün fərqinə vardım. Həmin vaxtlarçox pis hadisələrin şahidi oldum... 14 yaşımda corab oğurladığıma görə həbsxanaya düşdüm. Orada mənə təcavüz etməsinlər deyə dava saldım, ürəyimdən bıçaqlandım”.
Qeyd edək ki, Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün Arda və Arın adlı əkizləri var.
Jalə Mehdi
Sfera.az