“Mercedes-Benz” Ermənistana dəstək verən paylaşımlarını sildi

13:27 / 30.10.2020
4219
Azərbaycanlıların "Mercedes-Benz”in
Ermənistandakı distribyutorluğu ilə bağlı baş ofisə müraciətlərindən və
narahatlıqlarını ifadə etmələrindən sonra şirkətin loqosu altında ermənilərlə
bağlı paylaşılan dəstək postları silinib.
Sfera.az xatırladır ki, bir neçə gün əvvəl "Mercedes-Benz”in Ermənistandakı distribyutoru "Facebook”dakı səhifəsində Ermənistan ordusuna 50 milyon dram bağışladıqlarını elan edib.
Qeyd edək ki, "McDonalds", "Papa Jones" və "Burger King" brendlərinin yerli nümayəndəlikləri Azərbaycanın ərazi bütovlüyü ilə bağlı sosial şəbəkədə dəstək ifadə edib. Bundan sonra ermənilər tərəfindən brendlərin baş ofislərinə şikayət edilib. Nəticədə həmin nümayəndəliklər Azərbaycana dəstək ifadə edən paylaşımlarını siliblər və siyasi proseslərə qarışmadıqlarını ifadə ediblər.