"Real" Barselonada qalib gəldi

Oktyabrın 24-də İspaniya La Liqasının 6-cı turunun mərkəzi qarşılaşması keçirilib.

Sfera.az xəbər verir ki, "Nou Kamp” stadionunda oynanılan görüşdə iki əzəli rəqib - "Barselona” və "Real Madrid” klubları qarşılaşıb. Görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 5-ci dəqiqədə "Real Madrid” açıb. Kərim Benzemanın ötürməsindən sonra Fedriko Valverde qapıçı ilə təkbətək çıxaraq fürsəti əldən verməyib. Qoldan üç dəqiqə sonra meydan sahibləri hesaba tarazlıq gətirib. Ansu Fati fərqlənib. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.

Fasilədən sonra üstünlüyü artıran "Real Madrid” yenidən hesabda önə keçib. Matçın 63-cü dəqiqəsində hakimin təyin etdiyi penaltini Serxio Ramos dəqiq yerinə yetirib. Görüşün 90-cı dəqiqəsində Madrid təmsilçisi oyunda son nöqtəni qoyub. Oyuna yenicə daxil olmuş Luka Modriç adını tabloya yazdırıb. Beləliklə, 181-ci "el klassiko”da "Real Madrid” güclü olub.

İndiyədək keçirilən görüşlərdə "Real Madrid” 73, "Barselona” isə 72 dəfə qalib olub. Otuz beş oyun heç-heçə başa çatıb.

OXŞAR XƏBƏRLƏR

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...