Bakıda onlayn yolla narkotik satan qadın saxlanıldı

Bakıda onlayn yolla narkotik satan qadın saxlanıldı
 Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bölmə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini N.Əhmədova saxlanılıb. Onun üzərinə baxış zamanı müxtəlif xassəli narkotik vasitələr aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq N.Əhmədovaya onlayn yolla narkotik vasitələr satan, paytaxt sakini Ruslan Şeyxov da saxlanılaraq Səbail Rayon Polis İdarəsinə gətirilib. Onun yaşadığı mənzilə baxış zamanı 4 ədəd bağlamada və 17 ədəd kibrit qutusunda ümumi çəkisi 6 kiloqram 8 qram olan narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda narkotik vasitənin satışını təşkil etmək istəyiblər.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...