“Böyük dəbilqə” turnirində komandamız ilk medalını qazanıb

“Böyük dəbilqə” turnirində komandamız ilk medalını qazanıb
Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Böyük dəbilqə” turnirinin birinci günündə komandamız bürünc medal qazanıb.

Sfera.az xəbər verir ki, kişilər arasında 66 kiloqram çəkidə mübarizə Orxan Səfərov əvvəlcə niderlandlı İvo Verhorstert, daha sonra gürcüstanlı Baqrati Naniaşvili və monqolustanlı Erhembayar Battoqtoha qalib gəlsə də, yarımfinalda rusiyalı Yakob Şamilova uduzub. Cüdoçumuz bürünc medal uğrunda görüşdə özbəkistanlı Sardor Nurillayevi məğlub edərək komandamıza ilk medalı qazandırıb. O, həmçinin "Tokio-2020”yə reytinq xalları əldə edib.

Bu çəkidə digər təmsilçimiz Nicat Şıxəlizadə ilk görüşdə Villian Lima (Braziliya)-Yarin Menaged (İsrail) cütünün qalibinə uduzub.

Kişilər arasında digər çəkidə, 60 kiloqramda daha iki cüdoçumuz mübarizə aparıb. Bu çəkinin nümayəndələrindən Davud Məmmədsoy ilk görüşdə hindistanlı Vijay Kumar Yadava qalib gəlsə də, sonrakı qarşılaşmada qazaxıstanlı Qusman Kirqizbayevə məğlub olub. Kəramət Hüseynov isə ilk qarşılaşmada fransalı Luka Mxeidzeyə uduzub.

Qadınlar arasında keçirilən yarışlarda hər üç təmsilçimiz mübarizəyə qoşulub. Cüdoçularımızdan Leyla Əliyeva (48 kq) yerli idmançı Luka Mamiranı məğlub etsə də, ispaniyalı Lura Martinesin (Macarıstan) öhdəsindən gələ bilməyib. Bu çəkidə digər qadın cüdoçumuz Aişə Qurbanlı ilk qarşılaşmada Şirin Boukliyə (Fransa) məğlub olub.

Qadın cüdoçularımızdan Gültac Məmmədəliyeva (52 kq) əvvəlcə Qal-Od Tserentoqxoda (Monqolustan), ikinci döyüşdə israilli Qefen Primoyaya qalib gəlsə də, dörddəbir finalda Fabyen Koçerə məğlub olub. Təsəlliverici döyüşdə ukraynalı Darya Belodedə məğlub olan cüdoçumuz 7-ci yerlə kifayətlənib. G.Məmmədəliyeva bu nəticə ilə Tokio Olimpiadasına reytinq xalları qazanıb.

Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun mübarizə apardığı turnirə Azərbaycandan 17 idmançı qatılıb.

Turnir oktyabrın 25-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...