Şəhriyar Məmmədyarovun da kəndi azad edildi - FOTO

İdman
21:33 / 22.10.2020
3728
"Genlik kəndi geri alındı! Atamın, babamın ve ulu babalarımın kəndi. Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir”.

Sfera.az xəbər verir ki, Bunu Azərbaycanın şahmat üzrə qrossmeysteri Şəhriyar Məmmədyarov Facebook səhifəsində yazıb. O, Zəngilanın Genlik kəndinin ordumuz tərəfindən işğaldan azad olunması xəbərinə sevinclə qarşılayıb.
"Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur. İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökumətimiz!”
Dünya şöhrətli şahmatçı onunla şahmat oynamaq istəyənlərə də səslənib:
"Kim Genlik kəndində gənclik edib mənimlə şahmat oynamaq istəyirsə, indidən yazsın”.
